"Kəpəz" klubu "Neftçi"yə qarşı keçirdiyi Azərbaycan Premyer Liqasının X tur oyununda anlamlı jest edib.
Sportnet.az "Report"a istinadən xəbər verir ki, Gəncə şəhər stadionundakı tribunaların birində şəhidlərin fotoları, həmçinin Azərbaycan və Türkiyə bayraqları yer alıb.
Bundan əlavə, komandalar meydana şəhid övları ilə çıxıblar. Qarşılaşmada topa ilk toxunuşu Vətən müharibəsi vaxtı ermənilərin Gəncəyə raket hücumu nəticəsində hər iki valideynini itirmiş Hüseyn Əliyev edib.
Qeyd edək ki, qarşılaşmada ilk hissə oynanılır və hesab açılmayıb.