"Vacib 3 xal qazandıq. Bura asan meydan deyil. Otun hündürlüyü böyük idi. Ona görə istədiyimiz oyunu nümayiş etdirə bilmirdik".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Gəncədə "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının X tur oyunundan sonra mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis topun öt örtüyünə görə istənilən sürətdə getmədiyini bildirib: "Bizim üçün ağır həftə oldu. Bəzi oyunçularımız zədə aldı. Bəzən 14 futbolçu məşqdə iştirak edirdi. Qarşılaşmadan əvvəl Azər Əliyevi də itirdik, o da zədələndi. Buna görə bütün sistemi də dəyişməli olduq".