İngiltərə Premyer Liqasında XI turun mərkəzi görüşü "Liverpul" və "Mançester Siti" klubları arasında keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Enfild" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 76-cı dəqiqədə Məhəmməd Salah vurub.
Oyun gərgin mübarizə şəraitində keçib. 55-ci dəqiqədə qonaqlardan Fil Foden fərqlənsə də, VAR-a müraciət olunduqdan sonra qol qeydə alınmayıb. 86-cı dəqiqədə isə yerli komandanın baş məşqçisi Yurgen Klopp qırmızı vərəqə alıb.
Bu qələbədən sonra "Liverpul" 13 xalla 8-ci pillədə yer alıb. "Mançester Siti" isə 23 xalla 2-cidir. Turnir cədvəlinə 27 xalla "Arsenal" başçılıq edir.