2023-cü ildə Asiya Kubokunun keçiriləcəyi ölkə açıqlanıb.
Sportnet.az Asiya Futbol Konfederasiyasının (AFC) rəsmi saytına istinadən xəbər verir ki, yarış iyun və iyul aylarında Qətərdə baş tutacaq.
İndoneziya və Cənubi Koreya da turnir üçün AFC-yə müraciət etsə də, müsbət cavab almayıb.
Qeyd edək ki, daha əvvəl Çin Asiya Kubokuna ev sahibliyindən imtina edib.
Bu il noyabrın 20-dən dekabrın 18-dək Qətərdə dünya çempioatı da təşkil olunacaq.