Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start verilib.
Sportnet.az-ın məlumatına görə, günün yeganə oyununda "Qarabağ" "Turan Tovuz"u qəbul edib.
"Azersun Arena"dakı qarşılaşma "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam təmsilçisinin qollarını 2-ci dəqiqədə Kvabena Ovusu, 42-ci dəqiqədə penaltidən Ramil Şeydayev, 53-cü dəqiqədə Filip Ozobiç vurub.
Birinci pillədə qərarlaşan meydan sahibləri xallarının sayını 30-a çatdırıb. Tovuz təmsilçisi 12 xalla 6-cı sıradadır. Komandalar arasındakı III turdan təxirə salınmış görüş noyabrın 9-da olacaq.
Qeyd edək ki, XI turun "Qəbələ" - "Kəpəz", "Sumqayıt" - "Zirə" oyunları oktyabrın 22-də, "Səbail" - "Şamaxı" və "Neftçi" - "Sabah" qarşılaşmaları isə oktyabrın 23-də keçiriləcək.
-------------------------------------------------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XI tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, günün yeganə matçında ölkə çempionu "Qarabağ" "Turan Tovuz"u qəbul edəcək.
"Azersun Arena"dakı qarşılaşma saat 19:00-da başlayacaq. "Köhlən atlar" 27 xalla liderdir. Tovuz təmsilçisi 12 xalla 6-cı pillədə qərarlaşıb. Komandalar arasındakı III turdan təxirə salınmış görüş noyabrın 9-da olacaq. Tərəflər indiyədək ölkə çempionatlarında üz-üzə gəlməyiblər.
Azərbaycan Premyer Liqası
XI tur
20 oktyabr (cümə axşamı)
19:00. “Qarabağ” – “Turan Tovuz” - 3:0
Qol: Kvabena Ovusu, 2. Ramil Şeydayev, 42 (p). Filip Ozobiç, 53
Hakimlər: Vüqar Həsənli, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov
VAR: Tural Qurbanov
AVAR: Cavanşir Yusifov
Hakim-inspektor: Gülağa Cabarov
“Azersun Arena”
Qeyd edək ki, XI turun "Qəbələ" - "Kəpəz", "Sumqayıt" - "Zirə" oyunu oktyabrın 22-də, "Səbail" - "Şamaxı" və "Neftçi" - "Sabah" qarşılaşması oktyabrın 23-də olacaq.