İngiltərənin "Mançester Yunayted" klubunun sabiq futbolçusu və baş məşqçisi Maykl Kerrikin yeni iş yeri bəlli olub.
Sportnet.az-ın "Sky Sports" nəşrinə istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis "Midlsbro"nun sükanı arxasına keçəcək.
Rəsmi müqavilə yaxın vaxtlarda açıqlanacaq.
Qeyd edək ki, Maykl Kerrik 2006 - 2018-ci illərdə "qırmızı şeytanlar"da çıxış edib. O, daha sonra 2021-ci ilədək Joze Mourinyo və Ule Qunnar Sulşerin köməkçisi olub. Norveçli baş məşqçi qovulduqdan sonra Kerrik Mançester təmsilçisində müvəqqəti baş məşqçi səlahiyyətlərini yerinə yetirib. Komanda onun rəhbərliyi altında 3 görüşdə iki qələbə və bir heç-heçə əldə edib. Keçmiş yarımmüdafiəçi 2021-ci il dekabrın 3-də klubdan ayrılıb.