"Şamaxı" klubu futbolçusu Pərviz Azadovla yollarını ayırıb.
Sportnet.az bölgə təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Qeyd edək ki, Pərviz Azadov 2019-cu ildən "Şamaxı"nın əsas komandasında çıxış edib.