
Azərbaycan Premyer Liqasının XI turunun “Neftçi” ilə oyunundakı qələbə “Sabah” üçün ikiqat yubileylə əlamətdar olub.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, paytaxt klubu ölkə çempionatının yüksək dəstəsində 40-cı dəfə üç xal qazanıb.
Bakılılar bunadək keçirdiyi 114 matçda 39 dəfə qalib gəlmişdi. 115-ci qarşılaşmada əldə olunan 3:2 hesablı nəticə 40-cı qələbə kimi tarixə düşüb.
Öz meydanında 20 dəfə üç xal qazanan “Sabah” səfərdə də 20-ci uğuruna sevinib. Paytaxt təmsilçisi 58-ci görüşdə bu rəqəmə çatıb.
Qeyd edək ki, “Sabah” həm Premyer Liqada, həm də səfərdə ilk uğurunu 2018-ci il avqustun 12-də “Keşlə” (indiki “Şamaxı”) ilə matçda əldə edib – 1:0.