AFFA İntizam Komitəsi (İK) "Zirə"nin futbolçusu Coşqun Diniyevin məsələsinə yenidən baxacaq.
Sportnet.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi səfərdə "Sabah"a 0:1 hesabı ilə uduzduqları Misli Premyer Liqasının X tur matçının 84-cü dəqiqəsində qırımızı vərəqə alaraq meydanı tərk etdikdən sonra stadionun giriş qapısının şüşəsini sındırdığı üçün 1 oyun cəzalanıb, klub isə 2400 manat cərimə olunub.
Qərar yenidən baxılması üçün İK-ə göndərilib.