
UEFA Konfrans Liqasının qrup mərhələsində V turdan təxirə salınmış oyun keçirilib.
Sportnet.az-ın məlumatına görə, D qrupunda Almaniya "Köln"ü Çexiyada "Slovaçko"nun qonağı olub.
Görüş Bundesliqa təmsilçinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 82-ci dəqiqədə penaltidən Ondrey Duda vurub.
Bu nəticədən sonra xallarını 7-yə çatdıran "Köln" 3-cü pillədəki yerini qoruyub. 4 xalı olan "Slovaçko" isə sonuncudur. Qrupa 8 xalla Fransa "Nitsa"sı başçılıq edir. Eyni xala malik Serbiya "Partizan"ı 2-ci sırada qərarlaşıb.
Qeyd edək ki, "Slovaçko" - "Köln" matçı ötən gün qatı duman səbəbindən təxirə salınıb.