"Qarabağ"a qarşı oynamağın xüsusiliyi var. 9 ildir Azərbaycanı Avropada layiqincə təmsil edirlər".
Sportnet.az-ın məlumatına görə, bunu "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli evdə "Qarabağ"a 0:4 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XII tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.
O, heyətlə bağlı problemlərinin olduğunu bildirib: "Müəyyən kiçik zədələr var idi. Risk etmədik. Rauf Hüseynli də cəzalı idi. Meydana itkilərlə çıxmışdıq. Futbolçular ilk hissədə tapşırıqların öhsədindən gəldilər. Fasilədən sonra gözləmədiyimiz anda qol buraxdıq. Ani diqqətsizlik oldu. Rəqib bunları bağışlamır. Üzgünük. "Qarabağ"a uğurlar arzulayıram. Azarkeşlərimizə təşəkküür edirəm".