İspaniyanın "Kadis" klubunun üç futbolçusu "Real Madrid"də çıxış edən Vinisius Juniorla dava edib.
Sportnet az yerli mətbuata istinadən xəbər verir ki, hadisə XIV tur oyununun fasiləsində baş verib.
Oyunçular ilk hissədən sonra 22 yaşlı vingerə yaxınlaşaraq "Sən özünü Pele hesab edirsən?" deyiblər.
Qarşılaşmadan sonra Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti Vinisiusun tez-tez rəqibi təxribata çəkməsi ilə bağlı fikirləri ilə razılaşıb.
Qeyd edək ki, matç "Real Madrid"in 2:1 hesablı qələbəsi ilə bitib.