Misli Premyer Liqasının ikinci hissəsinə hazırlaşan "Kəpəz" Gəncədəki məşqləri başa vurub.
Klubdan Sportnet.az-a verilən məlumata görə, futbolçulara bir günlük istirahət verilib. “Sarı-göylər” təlim-məşq toplanışı üçün yanvarın 7-si səhər saatlarında Türkiyəyə yollanacaq.
"Kəpəz" qardaş ölkədə üç yoxlama oyunu keçirəcək.