Türkiyənin Birinci Liqa klubu “Altay” 42 yaşlı futbolçusu İbrahim Öztürklə yeni müqavilə imzalayacaq.
Sportnet.az xəbər verir ki, İzmir təmsilçisi mərkəz müdafiəçisi ilə mövsümün sonuna qədər olan sözləşməni daha 1 il uzatmağa hazırlaşır.
Sabiq oyunçularına 11 milyon avro borcu olduğu üçün transfer qadağası qoyulan aşağı liqa komandası sərəncamındakı futbolçuları saxlamaqda maraqlıdır. Baş məşqçi Sinan Kalaoğlu ilə yaşıd olan kapitan Öztürk də karyerasını davam etdirmək istəyir.
Qeyd edək ki, bu mövsüm 18 oyunun 17-də iştirak edən İbrahim Öztürk 3 qola imza atıb.