"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Gent" Belçika çempionatında XXIII tur oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, komanda "Serkl Brügge"nin qonağı olub. Oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
"Serkl Brügge" - "Gent" - 3:2
Qollar: Ueda, 58 (1:0), Denkey, 59 (2:0), De Sart, 66 (2:1), Lemejic, 90 (2:2), Daland, 90+4 (3:2)
Bu nəticədən sonra "Gent" turnir cədvəlində 38 xalla 4-cü, "Serkl Brügge" isə 33 xalla 8-cidir.
Xatırladaq ki, "Qarabağ" Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.