"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə cəzalı duruma düşüb.
Sportnet.az-ın məlumatına görə, buna 26 yaşlı müdafiəçinin "Kəpəz"ə qarşı keçirdikləri XXI tur oyununda sarı vərəqə alması səbəb olub.
Mövsümdə 4-cü dəfə belə halla üzləşən Mustafazadə XXII turda "Sabah"la matçı buraxacaq.
Qeyd edək ki, "Kəpəz" - "Qarabağ" qarşılaşmasında hələlik hesab açılmayıb.