
Fransalı futbolçu Yassin Benzia "Qarabağ"da debüt edib.
Sportnet.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi "Sabah"a qarşı Misli Premyer Liqasının XXII tur oyununda meydana çıxıb. O, 80-ci dəqiqədə Leandro Andradenin əvəzinə oyuna daxil olub.
Qeyd edək ki, "Qarabağ" Benzianı yanvarın 26-da Fransanın "Dijon" klubundan alıb. Onunla 2025-ci ilin yayınadək müqavilə imzalanıb.