
"Səbail” Macarıstanın “Uypeşt” klubunun futbolçusu Matiya Lyuyiçin keçidini rəsmiləşdirib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, serbiyalı yarımmüdafiəçi mövsümün sonuna qədər icarəyə götürülüb.
“Dənizçilər" 30 yaşlı pleymeykerə qədər qış fasiləsində heyətini David Qomislə gücləndirib, Adil Nağıyevi isə icarədən qaytarıb.
Qeyd edək ki, Serbiyada “Teleoptik” klubunun yetirməsi olan Matiya Lyuyiç karyerası ərzində “Partizan”, “Mladost”, “Jalgiris” (Litva), “Vellinqton Feniks” (Avstraliya), “Belenenseş” (Portuqaliya, “Qanqvun” (Cəbubi Koreya), “Bney Yehuda” və Hayfa “Hapoel”inin (hər ikisi İsrail) formasını geyinib.