“Neftçi”nin yarımmüdafiəçisi Gilyerme Pato karyerasını ölkəsi Braziliyada davam etdirməyə yaxındır.
Sportnet.az “marcounoesporte.com.br” saytına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu “Fiqueysense”yə keçmək üzrədir.
C seriyasında çıxış edən klubun futbolçu ilə danışıqları müsbət keçib. “Sambaçı” özü də ölkəsinə qayıtmaq niyyətindədir. Həmçinin, “Neftçi” rəhbərliyi əsas heyətə düşə bilməyən oyunçusu ilə yolları ayırmaqda maraqlıdır.
Qeyd edək ki, “Neftçi” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədər olan Gilyerme Pato Braziliyada “İnternasional”, “Ponte Preta” və “Kuiaba” klublarında çıxış edib. O, cari mövsüm Premyer Liqada meydana çıxdığı 12 oyunda cəmi 1 qol vurub.