"Qəbələ"nin üç futbolçusu "Səbail"ə qarşı Azərbaycan Premyer Liqasının XXIV tur oyununda iştirak etməyəcək.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qapıçı Kristof Atanqana fərdi məşqlərlə kifayətlənir. Yarımmüdafiəçi Omar Hani hazırlıq prosesində zədələnib. Müdafiəçi Rüfət Əhmədov bərpa prosesini davam etdirir.
Zədəsini sağaldan Ramon Maçado isə komandanın məşqlərinə qoşulub.
Qeyd edək ki, fevralın 24-də keçiriləcək "Səbail" - "Qəbələ" oyunu saat 19:00-da başlayacaq.