İngiltərənin "Everton" klubu qapıçısı Cordan Pikford ilə müqavilənin müddətini uzadıb.
Sportnet.az Mersisayd təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı qolkiperin sözləşməsinin müddəti 2027-ci ilədək nəzərdə tutulub.
Qeyd edək ki, İngiltərə millisinin üzvü 2017-ci ildən "Everton"da çıxış edir.