"Əl-Nəsr"in futbolçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatının XVIII turunda "Damak"a qarşı səfər matçında het-trik edib.
Sportnet.az xəbər verir ki, portuqaliyalı hücumçu 18 (pen), 23 və 44-cü dəqiqələrdə fərqlənib. O, komandasının hər üç qolunun müəllifi olub. Bu, 38 yaşlı forvardın ölkə çempionatında 8-ci qoludur.
Ronaldu daha əvvəl "Əl-Vəhda" ilə görüşdə (4:0) poker edib, "Əl-Fateh"lə oyunda isə 1 qol vurub.
Qeyd edək ki, "Əl-Nəsr" turnir cədvəlində 43 xalla birincidir.