
Futbol üzrə Türkiyə Super Liqasında çıxış edən "Alanyaspor" klubu baş məşqçisi Françesko Farioli ilə yollarını ayırıb.
Sportnet.az bölgə təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Qeyd edək ki, italiyalı baş məşqçi 2021-ci ilin dekabrından "Alanyaspor"da işləyir. Komanda 22 turdan sonra 25 xalla 11-ci pillədə qərarlaşıb.