
"Neftçi"nin futbolçusu Ataa Caber zədələnib.
Sportnet.az-ın məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi "Qarabağ"a qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının XXIV tur oyununda sıradan çıxıb.
İsraildən olan oyunçu meydanı xərəkdə tərk edib. Caber təcili yardım maşını ilə dərhal xəstəxanaya aparılıb. Onu 82-ci dəqiqədə Azər Salahlı əvəzləyib. İlkin məlumata görə, futbolçunun ayağı sınıb.
Qeyd edək ki, hazırda hesab bərabərdir - 1:1