Braziliya millisinin və İngiltərənin "Çelsi" klubunun futbolçusu Tyaqo Silva altı həftə yaşıl meydanlardan kənarda qalacaq.
Sportnet.az London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "Tottenhem"ə 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın XXV tur oyununda zədələnən 39 yaşlı müdafiəçi tibbi müayinədən keçib.
Təcrübəli oyunçunun diz bağlarından xəsarət aldığı müəyyənləşib.
Qeyd edək ki, "Çelsi" Premyer Liqada 31 xalla 10-cu pillədə qərarlaşıb.