
İngiltərə Premyer Liqasının 26-cı turunda “Liverpul”a məğlub olan (0:7) “Mançester Yunayted” antirekordu təkrarlayıb.
Sportnet.az xəbər verir ki, “qırmızı şeytanlar”ın 1931-ci ildən sonra ən böyük hesablı məğlubiyyəti yenidən qeydə alınıb.
Mançester təmsilçisi daha əvvəl eyni hesabla “Blekbern” (1926), “Aston Villa” (1930) və “Vulverhempton”a (1931) da uduzub.
Qeyd edək ki, komanda hazırda Premyer Liqada 49 xalla 3-cü pillədə qərarlaşıb.