
"Barselona"nın müdafiəçisi Ronald Arauxo rəsmən İspaniya vətəndaşı olub.
Sportnet.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. Uruqvay millisinin futbolçusu 2022-ci ilin dekabrında ölkə vətəndaşlığı üçün müraciət edib.
Ronald 2018-ci ildən "Barsa"nın akademiyasındadır. 24 yaşlı oyunçu Uruqvay millisində 12 oyuna çıxıb.