“Xeyriyyə matçı keçirmək üçün Almaniya və Azərbaycan klubları ilə danışıq aparırıq”.
Sportnet.az xəbər verir ki, bunu Türkiyənin “Beşiktaş” klubunun prezidenti Ahmet Nur Çebi deyib.
İstanbul təmsilçisinin rəhbəri “Vodafone Park”da təşkil edilən mətbuat konfransında Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə kömək məqsədilə bir neçə layihələrinin olduğunu bildirib. O, milli komandaların oyunları ilə əlaqədar martın sonlarında yaranacaq fasilə zamanı yoldaşlıq görüşü keçirəcəklərini istisna etməyib: “Həmin fasilədə təşkil olunacaq xeyriyyə matçının gəlirinin zəlzələ bölgəsinə ianə edilməsi planlaşdırılır”.