
Fransa PSJ-sinin futbolçusu Lionel Messi klub səviyyəsində 300-cü məhsuldar ötürməsini verib.
Sportnet.az xəbər verir ki, argentinalı hücumçu buna Liqa 1-də XXVII turun "Brest"lə qarşılaşmasında nail olub. 36 yaşlı forvard 90+1-ci dəqiqədə Kilian Mbappeyə ötürmə edib. Mbappe isə komandasının ölkə çempionatındakı qol sayını 3000-ə çatdırıb.
Bu mövsüm Messi Liqa 1-də 22 oyuna 13 qol və 13 məhsuldar ötürmə müəllifi olub. Onun hesabında Çempionlar Liqasında 7 oyuna 4 qol da var.
Qeyd edək ki, "Brest" üzərində 4:2 hesablı qələbə sayəsində xalını 66-ya çatdıran PSJ ən yaxın izləyicisi "Marsel"dən 11 xal aralanıb.