AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya milliləri ilə keçiriləcək oyuna Avstriya yığması üçün 16 ehtiyat futbolçu açıqlanıb.
Sportnet.az-ın yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Ralf Ranqnik mümkün zədə və başqa səbəbləri nəzərə alaraq, bu addımı atmaq qərarına gəlib.
Almaniyalı mütəxəssis 3 qapıçı, 7 müdafiəçi, 5 yarımmüdafiəçi və 1 hücumçunun hər an milliyə çağırılma ehtimalı ilə hazır olmasını istəyib.
Həmin oyunçular aşağıdakılardır:
Qapıçılar: Daniel Baçmann (“Uotford”, İngiltərə), Martin Fraysl (“Arminiya”, Almaniya), Patrik Pentz (“Bayer”, Almaniya)
Müdafiəçilər: Flavius Daniliuç (“Salernitana”, İtaliya), Marko Fridl (“Verder”, Almaniya), Kristof Klarer (“Fortuna”, Almaniya), Stefan Layner (“Borussiya”, Mönhenqladbax, Almaniya), Leopold Kverfeld (“Rapid”, Vyana), Kristofer Trimmel (“Union”, Berlin, Almaniya), Andreas Ulmer (“Zalsburq”)
Yarımmüdafiəçilər: Muhammed Çam (“Klermon”, Fransa), Florian Qrillitş (“Ayaks”, Niderland), Romano Şmid (“Verder”, Almaniya), Hannes Volf (“Borussiya”, Mönhenqladbax, Almaniya), Mattias Seydl (“Blau-Vays”)
Hücumçu: Oliver Strunz (“Rapid”, Vyana)
Qeyd edək ki, Avstriya seçməsi martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisini Linz şəhərində qəbul edəcək.