Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib
Sportnet.az-ın məlumatına görə, Türkiyənin turnirdəki yeganə təmsilçisi “Fənərbağça” İspaniyada iki cavabsız qolla məğlub olduğu “Sevilya”dan bunun revanşını almağa çalışıb.
Komanda evdəki matçdan 1:0 hesablı qələbə ilə ayrılsa da, iki oyunun nəticəsinə görə turnirlə vidalaşıb.
UEFA Avropa Liqası
1/8 final, cavab oyunları
16 mart
21:45. “Betis” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə) - 0:1
Qol: Markus Reşford, 56
İlk oyun - 1:4
21:45. “Fənərbağça” (Türkiyə) - “Sevilya” (İspaniya) - 1:0
Qol: Enner Valensiya, 41 (penalti)
İlk oyun - 0:2
21:45. “Feyenord” (Niderland) - “Şaxtyor” Donetsk (Ukrayna) - 7:1
Qollar: Santyaqo Ximenes, 9. Orkun Kökçü, 24; 38 (penalti). Ussama İdrissi, 49; 60. Alireza Cahanbaxş, 64. Danilu Pereyra, 67 - Kevin Kelsi
İlk oyun - 1:1
21:45. “Frayburq” (Almaniya) - “Yuventus” (İtaliya) - 0:2
Qollar: Duşan Vlahoviç, 45 (penalti). Federiko Kyeza, 90+5
Qırmızı vərəqə: Manuel Qulde, 44 ("Frayburq")
İlk oyun - 0:1