"Sumqayıt"ın futbolçusu Terrens Tisdell Liberiya millisinə dəvət edilib.
Sportnet.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı hücumçu Afrika Millətlər Kubokunun seçmə mərhələsində Cənubi Afrika Respublikası ilə görüşlər üçün Liberiya yığmasına çağırılıb.
Liberiya martın 24 və 28-də sözügedən rəqiblə qarşılaşacaq.