Azərbaycanlı FIFA referisi Əliyar Ağayev AVRO-2024-ün seçmə mərhələsində G qrupunun Bolqarıstan - Monteneqro matçını idarə edib.
Sportnet.az-ın məlumatına görə, Razqrad şəhərindəki "Huvepharma Arena"da təşkil olunmuş qarşılaşmada 26 yaşlı ədalət təmsiılçisinə Zeynal Zeynalov və Akif Əmirəli yan xətt, Kamal Umudlu isə dördüncü hakim qismində yardımçı olub.
Görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 70-ci dəqiqədə Nikola Krstoviç vurub.
Ağayev oyun ərzində cəmi bir dəfə sarı vərəqəyə əl atıb. O, 43-cü dəqiqədə Monteneqro millisinin kapitanı Stefan Saviçi cəzalandırıb.
Qeyd edək ki, bu matçda qalib komandanın heyətində "Qarabağ"dan dəvət olunmuş Marko Veşoviç də yer alıb. O, sonadək meydanda olub.