
"Barselona"nın baş məşqçisi Xavi futbolçusu Serxio Busketsin yayda komandadan ayrılmaq qərarına gəlməsi haqqında danışıb.
Sportnet.az İspaniya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis deyib:
“Buskets gördüyüm və ya birlikdə oynadığım ən ağıllı oyunçudur. O, dahidir. Tariximizin ən yaxşı mərkəz yarımmüdafiəçisini itiririk".
Xatırladaq ki, Buskets mövsümün sonunda Kataloniya klubundan ayrılacaq. O, 2008-ci ildən bu komandanın formasını geyinir. Xavi 1998-2015-ci illərdə "Barselona"da oynadığı üçün uzun müddət Busqetslə komanda yoldaşı olub. Mütəxəssis 2021-ci ildən "Barselona"nı çalışdırır.