
“Bayer” Aleks Qrimaldo ilə müqavilə bağladığını açıqlayıb. Sportnet.az xəbər verir ki, “Benfika”nın müdafiəçisi ilə 2027-ci ilin iyununa kimi müqavilə imzalanıb.
Qrimaldo iyunda Lissabon klubu ilə anlaşması bitdikdən sonra Almaniya təmsilçisinə azad agent kimi qoşulacaq.
27 yaşlı ispaniyalı futbolçu “Sportinq”dən Pedru Qonsalveşlə birgə 9 məhsuldar ötürmə ilə Portuqqaliya çempionatının cari mövsümündə ən yaxşı assistent hesab olunur.