Bu gün Çempionlar Liqasında 2-ci finalçı da müəyyənləşib.
Sportnet.az xəbər verir ki, yarımfinalın cavab görüşündə "Mançester Siti" "Real"ı qəbul edib. Bu komandalar arasında ilk matç 1:1 hesabı ilə başa çatmışdı.
Qeyd edək ki, "İnter" "Milan"a qalib gələrək (1:0, 2:0) ÇL-də ilk finalçı olub.
17 may
23:00. "Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya) - 4:0
Qollar: Bernardu Silva, 23; 37. Eder Militao (ö.q), 76. Julian Alvarez 90+1.
Baş hakim: Şimon Marçinyak (Polşa)
İlk oyun - 1:1