"Barselona"nın futbolçusu Jordi Alba İtaliyanın iki nəhəng klubunun maraq dairəsindədir.
Sportnet.az sport.es-ə istinadən xəbər verir ki, "İnter" və "Yuventus" ispaniyalı müdafiəçini transfer etmək istəyir.
Kataloniya təmsilçisinin oyunçunu heç bir təzminat istəmədən başqa kluba satmağa hazır olduğu vurğulanıb. "Barselona" maliyyə vəziyyətinə görə onun üçün maaş ödəmək istəmir.
Qeyd edək ki, Alba ilə "Atletiko"nun maraqlandığı iddia olunur.