
“Napoli” “Udineze”nin hücumçusu Beto ilə maraqlanır.
Sportnet.az xəbər verir ki, neapollular hücumçunun transferiylə bağlı Udine təmsilçisiylə danışıqlara başlayıb. “Napoli” ilkin olaraq 25 milyon avro təklif etsə də, “ağ-qaralar” ən azı 35 milyon avro (futbolçunun müqaviləsində qeyd olunan satınalma məbləği) tələb edir.
Qeyd edək ki, Beto cari mövsüm ərzində 31 oyunda iştirak edib, 10 qol və 1 assistlə fərqlənib.