
Misli Premyer Liqasının 36-cı-sonuncu turun oyun cədvəli açıqlanıb.
Sportnet.az PFL-in saytına istinadən xəbər verir ki, matçlar iki günü əhatə edəcək:
27 may (şənbə)
17:30.“Sumqayıt” – “Zirə”
“Kapital Bank Arena”
17:30.“Qəbələ” – “Kəpəz”
Qəbələ şəhər stadionu
20:00. “Səbail” – “Şamaxı”
“ASCO Arena”
28 may (bazar)
17:00. “Neftçi” – “Sabah”
“Bakcell Arena”
19:30. “Qarabağ” – “Turan Tovuz”
“Azersun Arena”
Qeyd edək ki, Misli Premyer Liqasının 2022/23-cü illər mövsümünün çempionu “Qarabağ”, eləcə də, müvafiq olaraq 2-ci və 3-cü yerlərin sahibləri “Sabah”la “Neftçi” medallarını son turun oyunundan sonra “Azersun Arena”da təşkil olunacaq mükafatlandırma mərasimində alacaqlar.