"Barselona"nın futbolçusu Pedri La Liqanın qalan iki oyununu buraxacaq.
Sportnet.az "Diario Sport"a istinadən xəbər verir ki, o, zədə səbəbindən bu mövsümün qalan hissəsi yaşıl meydanlardan kənarda qalacaq. Bildirilib ki, klub bu ilin fevralında da zədə alan yarımmüdafiəçinin durumunun daha da ağırlaşmasını istəmir.