İngiltərə Premyer Liqasına vəsiqə qazanan sonuncu komanda müəyyənləşib.
Sportnet.az xəbər verir ki, “Luton Taun” növbəti mövsümdən Premyer Liqada mübarizə aparmaq hüququ qazanıb.
Sözügedən komanda bu mövsüm Çempionşipdə mövsümün əsas hissəsini 3-cü pillədə başa vurmuşdu. Bu üzdən də lutonlular elitaya vəsiqə uğrunda pley-off oyunlarında iştirak hüququ qazanıblar. Yarımfinalda “Sanderlend”lə qarşılaşan bu komanda səfərdə 1:2 uduzsa da, evdə 2:0 hesablı qələbə sayəsində finala yüksəlib. “Uembli” stadionunda baş tutan finalda isə mövsümü 5-ci yerdə vurmuş “Koventri” üzərindəki çətin qələbə (1:1, penalti 6:5) Luton təmsilçisini elitaya daşıyıb.
Xatırladaq ki, daha öncə Çempionşipdə çempion olan “Bernli” və ikinci yeri tutan “Şeffild Yunayted” elitaya yüksəlməyi bacarmışdı.