"Real" futbolçusu Daniel Sebalyos ilə müqaviləsini uzatmaq niyyətindədir.
Sportnet.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Mərkəz yarımmüdafiəçisi 2017-ci ilin yayında "Sevilya Betis"dən 16,5 milyon avroya keçdikdən sonra "kral klubu"nda stabil, əsas oyunçuya çevrilməyib. Onun paytaxt klubu ilə hazırkı müqaviləsi mövsümün sonunda başa çatır. Lakin onun meydançadakı çıxışları, eləcə də son vaxtlardakı performansı inkişaf edib. Ona görə də klub Sebalyosla müqaviləni uzatmaq qərarına gəlib.
Tərəflər nəhayət razılığa gəliblər. Danielin sözləşməsi tezliklə 2027-ci ilə qədər uzadılacaq.
Qeyd edək ki, Sebalyos 2022/23 mövsümündə Seballos 45 oyun keçirib, 1 qol vurub və 9 qolun ötürməsini verib.