PSJ-dən ayrıldıqdan sonra azad agent olan Serxio Ramos karyerasını Braziliyada davam etdirə bilər.
Sportnet.az xəbər verir ki, “Flamenqo” ispaniyalı futbolçu ilə danışıqlar aparır.
Klub 37 yaşlı müdafiəçini Libertadores kubokunun 1\8 final mərhələsinin oyunu üçün sifariş ərizəsinə salmaq istəyir.
Təcrübəli oyunçu son iki mövsümü Paris klubunda keçirib. O, PSJ-də 58 oyuna çıxıb və 6 qol vurub. Ramos Fransa təmsilçisində 3 titul qazanıb.
İspaniya millisinin sabiq üzvü 2005-2021-ci illər arasında “Real”da çıxış edib.