“Milan” hücum xəttini gücləndirməyi planlaşdırır.
Sportnet.az xəbər verir ki, “rossoneri”lərin bu mövqe üçün yeni hədəfi “Vilyarreal”ın futbolçusu Arno Danjumadır. İtaliya təmsilçisi 26 yaşlı hücumçunu icarəyə götürmək istəyir.
Danjuma ötən mövsümü icarə əsasında “Tottenhem”də keçirib. O, London təmsilçisiylə 12 oyunda iştirak edib və 2 qol vurub.