Çexiyada "Sparta" və Türkiyə "Qalatasaray"ı arasında keçirilmiş UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündən sonra ara qarışıb.
Sportnet.az xəbər verir ki, final fitinin ardından meydanda dava düşüb. Rəqib futbolçular arasında hətta bir-birinə yumruq atanlar da olub. Münaqişəni tezliklə aradan qaldırmaq mümkün olub. Hadisə ilə əlaqədar "Qalatasaray"ın baş məşqçisi Okan Buruka qırmızı vərəqə göstərilib.
Qeyd edək ki, "Qalatasaray" ilk oyunda 3:2 hesablı qələbə qazansa da, cavab görüşündə 1:4 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.