“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya millisinə qayıtması ilə bağlı təəssüratlarını bölüşüb.
Sportnet.az xəbər verir ki, Rusiya Futbol Federasiyasının mətbuat xidmətinə danışan qolkiper möhtəşəm hisslər keçirdiyini bildirib:
"Burada hər şey gözəldir. Millidəki komanda yoldaşlarım Azərbaycandan şirniyyatdan gətirməyimi xahiş ediblərmi? Yox, heç kim heç nə istəmədi. Yaddaşım məni aldatmırsa, burada şəkər qadağası var. Safonovla avrokuboklar haqqında müzakirələrimiz olmadı. Hələ bu barədə danışmamışıq".