
"Dinamo"nun (Zaqreb) azərbaycanlı hücumçusu Mahir Emrelinin tam dönüşü yenidən təxirə salınıb.
Sportnet.az xəbər verir ki, 26 yaşlı hücumçu Zaqreb klubunda məşqlərini davam etdirir. Amma riskə getməmək üçün adi qaydada deyil, təmassız hazırlığa üstünlük verir.
Çünki son MRT müayinəsi zamanı onun zədəsinin təkrarlanma riskinin olduğu bəlli olub. Bu həftə Emreli yenidən müayinə olunacaq və əvvəlki zədəsinin ağırlaşma riski olmasa, tam məşqlərə başlayacaq.
Xatırladaq ki, “Dinamo”nun baş məşqçisi Sergey Yakiroviç Emrelinin düşərgəyə tam qayıdışının martda baş tutacağını bildirmişdi.