Belçika millisinin futbolçusu Toma Mönye Almaniyada keçiriləcək Avropa çempionatını buraxa bilər.
Sportnet.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.
Müdafiəçi əzələsindəki problemə görə çərşənbə günü komanda ilə Almaniyaya getməyəcək.
Onun yaxın bir neçə gündə növbəti dəfə tibbi müayinələrdən keçəcəyi vurğulanıb.
Qeyd edək ki, AVRO-2024 14 iyun - 14 iyul aralığında gerçəkləşəcək.