"Zirə" bu gün çox sürətli və istəkli idi.
Sportnet.az xəbər verir ki, bunu "DAK 1904”ün (Slovakiya) baş məşqçisi Xisko Munoz UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"ylə oyundan sonra keçirilən mətbuat konfransında deyib.
İspaniyalı mütəxəssis 0:4 hesablı məğlubiyyəti şərh edib:
"Oyunun bu hesabla bitməsi mənim səhvimdir. Yəqin ki, futboçlularıma öz fikirlərimi yetəri qədər çatdıra bilməmişəm. Öz azarkeşlərimizdən üzr istəyirəm. Rəqib bu gün çox sürətli və istəkli idi. Mən pozitiv insanam. Bu məğlubiyyət bizə nəyisə öyrətdi. Çalışacağıq ki, qarşıdakı matçlarda buraxdığımız səhvləri təkrarlamayaq. Bunun üçün təhlillər aparmaq lazımdır".
X.Munoz cavab matçında sürpriz nəticənin qeydə alına biləcəyini söyləyib:
"Cavab maçtında hər şey ola bilər. Ümidsiz yanaşmamalıyıq. Düşünürəm ki, daha yaxşısını etmək olar".
Qeyd edək ki, " DAK 1904" və "Zirə" komandaları arasında cavab görüşü 1 həftə sonra Slovakiyada baş tutacaq.