1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan çempionu "Real"la qarşılaşa bilər
Futzal üzrə UEFA kubokunun elit raund mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, yarışa birbaşa bu mərhələdən start götürəcək 4 komandaya daha 12-si qoşulub.
Bununla da Azərbaycan çempionu "Araz”ın 14 potensial rəqibi müəyyənləşib. Məsələ ondadır ki, Naxçıvan təmsilçisi əsas mərhələdə bir qrupda mübarizə apardığı Kosovanın "Feniks” klubu istisna olmaqla qalanları ilə üzləşə bilər.
Rusiyanın "Dinamo” və "Yuqra”, İspaniyanın "İnter”, Qazaxıstanın "Kayrat” klubları mübarizəyə birbaşa elit raunddan qatılacaq. Qalan komandalar isə Portuqaliyanın "Sportinq”, Çexiyanın "Xrudim”, Latviyanın "Nikars”, Rumıniyanın "Tırqu Mureş”, Macarıstanın "Györi”, Sloveniyanın "Maribor”, Almaniyanın "Hamburq”, Serbiyanın "Ekonomaç”, Xorvatiyanın "Nasional”, İtaliyanın "Real” klublarıdır.
Qeyd edək ki, elit raundun püşkü oktyabrın 21-də atılacaq.